''Beşiktaş'' növbəti transferini açıqlayıb. İstanbul nəhəngi öz yetirməsi və sabiq futbolçusu Rıdvan Yılmazı ''Reyncers''dən geri qaytarıb.
"Football-plus.az" xəbər verir ki, sol müdafiəçi olan 24 yaşlı futbolçu ilə ''3+1'' illik müqavilə imzalanıb. Bu transfer ''ağ-qaralar''a 1 milyon avrosu bonuslarla olmaqla 3 milyon avroya başa gəlib.
Rıdvan Yılmaz 2009-cu ildən, yəni 8 yaşından ''Beşiktaş''ın akademiyasında yetişib. 2019-cu ildən əsas komandaya cəlb olunmağa başlayıb. Şotlandiyaya yollanmamışdan öncə o, ''qartal''ın heyətində 62 rəsmi oyuna çıxaraq 4 qol, 7 məhsuldar ötürmə ilə fərqlənmiş və ölkə çempionluğu da daxil olmaqla 3 titul qazanmışdı.
Rıdvan 2022-də 4 milyon avro qarşılığında transfer olunduğu ''Reyncers''də isə 3 mövsüm ərzində 77 rəsmi oyuna çıxaraq aktivinə 2 qol, 6 məhsuldar ötürmə yaza bildi. Onun Şotlandiya macərası zədə və digər amillər üzündən istənilən şəkildə keçmədi. Türkiyə yığmasında bu futbolçu 7 oyuna çıxıb.
Qeyd edək ki, Rıdvan Yılmaz bu yay ''Beşiktaş''ın Tammi Abraham, Orkun Kökçü, David Yurasek, Uilfrid Ndidi və Taylan Bulutdan sonra reallaşdırdığı 6-cı transferdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta