AZ

Tatarıstan Rəisi Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.


Referans xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Sizə - təcrübəli ictimai-siyasi və dövlət xadiminə məsuliyyətli vəzifənizdə davamlı səmərəli fəaliyyət, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üzrə çoxtərəfli vəzifələrin həllində uğurlar arzulayıram. Qoy, doğma ölkəniz naminə quruculuq işləri və bütün məqsədlər üzrə qazanılan nailiyyətlər Sizə haqlı olaraq məmnunluq bəxş etsin, Azərbaycan xalqının dəstəyi Sizi yeni faydalı ideyaların, perspektiv layihələrin həyata keçirilməsinə ruhlandırsın və güc versin.


Möhkəm cansağlığı və xoşbəxtlik arzuları ilə Sizə və yaxınlarınıza ən xoş diləklərimi çatdırıram".

Seçilən
17
34
referans.az

10Mənbələr