AZ

Müharibə səbəbindən Ukrayna əhalisinin sayının nə qədər azaldığı məlum olub

2022-ci ildə müharibənin başlamasından 2024-cü ilin ortalarınadək Kiyevin nəzarəti altında olan ərazilərdə Ukrayna əhalisinin sayı təqribən 40 milyondan 31.1 milyonadək azalıb.

Bu barədə “Frontliner” nəşri yazıb.

Bildirilir ki, 2.5 il ərzində ölkə əhalisi təqribən 10 milyon azalıb.

Ukrayna 1990-cı illərdə müstəqilliyini elan edəndən sonra onun əhalisi 50 milyon nəfərdən çox idi.

Qeyd edilir ki, kütləvi miqrasiya, rekord ölüm halları və doğum səviyyəsinin aşağı düşməsi və millətin yaşlanması demoqrafik vəziyyətə son dərəcə mənfi təsir göstərir.

Əhalinin azalmasının əsas səbəbi ukraynalıların xaricə kütləvi şəkildə getməsi olub. Hazırda beş milyondan çox vətəndaş ölkədən kənarda, əsasən Avropa ölkələrində – Polşa, Almaniya, Çexiya, İtaliya və İspaniyada yaşayır.

Hərbi əməliyyatlar nəticəsində ölkənin cəbhəyanı vilayətləri – Donetsk, Luqansk, Xerson, Zaporojye və Xorkov çox əhali itkisinə məruz qalıb.

MənbəOXU.AZ
Seçilən
34
2
banker.az

3Mənbələr