Cənubi Koreya millisinin və “Los-Anceles” klubunun hücumçusu Son Hın Min Amerika MLS çempionatında ilk qolunu vurub.
90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu “Dallas”la Friskoda (“Toyota Stadium”) keçirilən görüşdə fərqlənib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Son Hın Min mövsümdə üç oyuna 2 məhsuldar hərəkət edib – 1 qol və 1 qol ötürməsi.
29 turdan sonra “Los-Anceles” Qərb Konfransında 41 xalla 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, təcrübəli hücumçu bu ilin avqustunda 26 milyon dollara “Tottenhem”dən “Los-Anceles”ə transfer olunub. O, daha əvvəl “Seul”, “Hamburq” və “Bayer”də çıxış edib. 2015-ci ildən isə “Tottenhem”in şərəfini qoruyan Son 454 oyuna 173 qol vurub, 101 məhsuldar ötürmə verib. Koreyalı futbolçu London klubunun heyətində 2024/25 mövsümündə Avropa Liqasının qalibi olub.