AZ

MPL: "Karvan-Yevlax" "Kəpəz"i məğlub etdi

Misli Premyer Liqasında 2-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, dörd günə yekunlaşacaq tur çərçivəsində bu gün bir matç baş tutub.

Günün yeganə qarşılaşmasında "Kəpəz" ilə "Karvan-Yevlax" üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən oyun məhsuldar alınıb. 5 qolun qeydə alındığı görüşdən yevlaxıılar qalib ayrılıblar. 

"Kəpəz" ilk turda "Sumqayıt"a böyük hesabla (0:3) məğlub olub, "Karvan-Yevlax" isə "Qəbələ" ilə bərabərə (1:1) qalıb.

Qeyd edək ki, tura dünən "İmişli" - "Neftçi" (0:0) və "Qarabağ" - "Sumqayıt" (0:1) oyunları ilə start verilib. “Şamaxı” – “Sabah” və “Turan Tovuz ” – “Araz-Naxçıvan” görüşləri bazar günü keçiriləcək. Tura bazar ertəsi “Qəbələ” – “Zirə” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
1-ci dövrə, 2-ci tur
23 avqust (şənbə)

“Kəpəz” – “Karvan-Yevlax” 2:3

Qollar: Coy Sleyd Mikels, 38- pen. Tompson Qavi, 51. Kayl Spens, 89 - Məqsəd İsayev, 77. Vitor Feijao, 90+6-pen.
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu

"Kəpəz": 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bentu, 6. Pedro Qomeş

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 27. Məqsəd İsayev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao

Baş məşqçi: Adil Şükürov

"Karvan": 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 15. Rəhman Şabanov, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 11. Kayl Spens, 21. İmani Barker

Baş məşqçi: Azər Həşimov

Seçilən
1
fanat.az

1Mənbələr