AZ

Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...

50 yaşdan sonra vitaminlərin orqanizmdəki rolu daha da önəmli olur.

E-saglam.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, laboratoriyaların təqdim etdiyi “normal” göstəricilər hər kəs üçün uyğun olmaya bilər. Çünki bu rəqəmlər sağlamlıq standartı deyil, əhalinin orta nəticələrinə əsaslanır.

Məsələn, B12 vitamininin aşağı həddi 200-250 pg/mL göstərilsə də, bir çox insan 350-dən aşağı olduqda yorğunluq, unutqanlıq və başgicəllənmədən əziyyət çəkə bilər. Oxşar vəziyyət dəmir, D vitamini və maqnezium üçün də müşahidə olunur. Bu zaman qan analizləri normal görünsə də, hüceyrələrin həmin maddələrdən istifadə qabiliyyəti zəifləyir. Buna funksional çatışmazlıq deyilir.

Həkimlər xəbərdarlıq edir ki, belə çatışmazlığı olan insanlarda səhər yorğun oyanmaq, günün ortasında enerji itkisi, yaddaş zəifliyi, tez-tez infeksiyalara yoluxmaq və əhval dəyişikliyi kimi əlamətlər yaranır. Bu isə bəzən depressiya və ya xroniki yorğunluq sindromu ilə qarışdırıla bilər.

Mütəxəssislər məsləhət görür ki, insanlar illik analizlərini müqayisə etsin, yalnız “normal” deyil, özləri üçün optimal dəyərləri hədəfləsin və ehtiyac olduqda əlavə testlər tələb etsinlər. Son araşdırmalara görə, optimal B12 səviyyəsi 500-800 pg/mL, D vitamini isə 40-60 ng/ml aralığında olmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
4
e-saglam.az

1Mənbələr