Baku.ws saytına istinadən ain.az xəbər verir.
Ötən gün ali məktəblərə qəbul nəticələrinin açıqlanması bir çox abituriyent ailəsində bayrama çevrilib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə tələbə adını qazanan gənclərin sevinc anları ictimaiyyətin böyük marağına səbəb olub.
Videolarda abituriyentlərin həyəcan içində nəticələri izlədiyi, qəbul olunduqları məlum olduqdan sonra isə yaxınları ilə qucaqlaşaraq sevinc göz yaşları axıtdığı əks olunub. Bu emosional kadrlar qısa müddətdə sosial şəbəkələrdə minlərlə baxış toplayıb və izləyicilərin rəğbətini qazanıb.
İstifadəçilər gənclərin səmimi sevincinə qoşularaq, onlara təbrik mesajları ünvanlayıblar. Bəzi şərhlərdə isə ali məktəbə qəbulun təkcə abituriyentlər üçün deyil, həm də onların ailələri üçün böyük qürur mənbəyi olduğu vurğulanıb.
Qeyd edək ki, qəbul imtahanlarının nəticələri hər il yüzlərlə gəncin həyatında yeni mərhələnin başlanğıcı olur.
Посмотреть эту публикацию в Instagram
Публикация от @baku.ws_official
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.