AZ

Uçuş zamanı ən çox edilən səhv – ayaqları çarpazlayıb oturmağı təhlükəli varmış

Uçuş zamanı ayaqları uzun müddət çarpazlaşdırmaq sağlamlıq üçün risk yaradır.

E-saglam.az xəbər verir ki, həkimlər bildirir ki, bu vərdiş qan dövranını zəiflədir, damarların sıxılmasına və laxtalanmaya səbəb ola bilər. Xüsusilə uzun məsafəli uçuşlarda bu, ciddi fəsadlara gətirib çıxara bilər.

Mütəxəssislər uzun səfərlərdə hərəkətli olmağı məsləhət görür. Saatlarla eyni vəziyyətdə oturmaq oynaqlarda sərtlik və şişməyə səbəb olur. Ona görə də vaxtaşırı ayağa qalxmaq, qısa gəzintilər etmək və sadə məşqlərlə qan dövranını dəstəkləmək vacibdir.

Düzgün oturuş mövqeyi də sağlamlıq üçün önəmlidir. Ayaqları bir az yuxarıda saxlamaq, arxaya söykənərək onurğanı dəstəkləmək, dizləri azacıq əymək və arabir uzanma hərəkətləri etmək qan dövranını yaxşılaşdırır.

Səyahət zamanı bol maye qəbul etmək, dar geyimlərdən uzaq durmaq və mövqeni tez-tez dəyişmək də ayaqları çarpazlaşdırmaqdan doğan riskləri minimuma endirir.

Tərcümə: Könül Oruc 

E-saglam.az 

Seçilən
14
e-saglam.az

1Mənbələr