"Sədərək" Ticarət Mərkəzində yanğın baş verməsi ilə bağlı xəbər yayılıb. Əslində isə yanğının "Sədərək" TM-nin keçid məntəqəsindən 300 metr aralıda tək bir anbarda baş verdiyi bildirilir.
Bu barədə Manset.az-a "Sədərək" TM-nin Mətbuat Xidmətindən məlumat verilib.
"Baş verən yanğın "Sədərək" TM-ə girişi olan keçid məntəqəsindən 300 metr aralıda tək bir anbarda baş verib. O anbar da icarəyə götürülmüş ayrı şəxs tərəfindən işlədilir. "Sədərək" TM-ə aidiyyəti yoxdur".