AZ

Şamaxıda yol təmiri dövlətin infrastruktur siyasətinə uyğun davam edir » AzadMedia.az


Şamaxı rayonunda “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları Şamaxı–Çuxuryurd–Nağaraxana avtomobil yolunda cari təmir işləri aparırlar.

Qurumdan AzadMedia.az-a verilən məlumata görə, əsasən yolun kələ-kötür və zədələnmiş hissələri bərpa olunur. Daşlı və palçıqlı yolda yaranan çalalar nəqliyyatın hərəkətinə mane olur, yağışlı havalarda isə piyadaların gedişini çətinləşdirirdi.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən idarənin işçi heyəti yolun çınqılla doldurulması və xüsusi texnika ilə hamarlanması işlərini həyata keçirir.

Qeyd edək ki, ölkə rəhbərliyi hər zaman regionlarda infrastrukturun yaxşılaşdırılmasına, rahat və təhlükəsiz yolların salınmasına xüsusi diqqət göstərir. Yol-nəqliyyat şəbəkəsinin yenilənməsi həm əhalinin gündəlik həyatına rahatlıq gətirir, həm də kəndlərin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Seçilən
1
2
azadmedia.az

3Mənbələr