Qaynarinfo saytına istinadən ain.az xəbər verir.
Kolumbiyada yeni, yüksək miqdarda qızıl və gümüş ehtiva edən damar aşkarlanıb. Məlumata görə, Santa Anna layihəsi çərçivəsində istismara hazır olan bu yataq qiymətli metallarla son dərəcə zəngindir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Earth.com" saytı məlumat yayıb.
"Outcrop Silver & Gold" şirkətinin açıqlamasına görə, Morena adlanan yerdə qeyri-adi dərəcədə sıx gümüş və qızıl ehtiyatı mövcuddur. Tədqiqatlar göstərib ki, filizdə hər ton üçün təxminən 1877 qram gümüş və 4,26 qram qızıl var. Bu, tipik göstəricilərlə müqayisədə on dəfələrlə yüksəkdir, çünki adətən yataqlarda bir ton filizdə 100 qramdan az gümüş və ya yalnız bir neçə qram qızıl tapılır.
Mütəxəssislərin fikrincə, belə zəngin göstəricilər qızıl və gümüş hasilatının qaydalarına yenidən baxılmasına səbəb ola bilər. Morena əlverişli coğrafi quruluşa malikdir: uzanma bucaqları 220–230 dərəcə, enmə bucaqları isə 45–75 dərəcə təşkil edir.
Santa Anna layihəsi üçün bu, artıq altıncı yüksək keyfiyyətli yataqdır. Layihə Kolumbiyanın Mariquita bölgəsində yerləşir. Bu ərazi mədənçilik ənənələri ilə məşhurdur: burada hasilat işlərinin tarixi 1585-ci ildən başlayır. XIX əsrin arxiv materialları həmin dövrdə də yerli mədənlərdə genişmiqyaslı işlərin aparıldığını göstərir.
Mütəxəssislər qeyd edirlər ki, bu ərazidə epiteral gümüş və qızıl yataqları mövcuddur. Onlar dar ölçüləri ilə seçilsə də, filizin çox yüksək tərkibli olması və struktur baxımından əlverişli quruluşa malik olmaları ilə tanınır.
Xatırladaq ki, yaxın zamanda Surinamda da zəngin qızıl yatağı aşkarlanmışdı. Oradakı Maria GəQeralda sahəsində hər ton süxurda 11,88 qram qızıl müəyyən edilmişdi. Lakin həmin bölgədə hasilatı çətinləşdirən amillərdən biri yüksək rütubət və istehsalatın ekoloji tələblərə uyğun aparılması zərurətidir.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.