AZ

İsmayıllıda ev və tövlə yanaraq külə döndü - VİDEO

İsmayıllıda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sərsura kəndində qeydə alınıb.
 

Belə ki,yanğın kənd sakini 1965-ci il təvəllüdlü Yunusov Ağa Həmid oğluna məxsus həyətyanı sahədə baş verib. Ümumi sahəsi 74 kvadratmetr olan 1 mərtəbəli tikilidə yerləşən 2 bitişik ev və tövlə yanaraq külə dönüb.


Yanğının başvermə səbəbi hələlik müəyyən olunmayıb. Hadisə yerinə İsmayıllı rayon Fövqəladə Hallar Nazirliyinin 2 texnikası və 17 nəfər canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb və ətrafdakı tikililərin alovdan mühafizəsi təmin olunub.

Faktla bağlı araşdırma aparılr.




Bizim.Media, Aran bürosu

Seçilən
7
1
bizim.media

2Mənbələr