AZ

İsmayıllıda ev və tövlə yanaraq külə döndü VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İsmayıllıda yanğın hadisəsi baş verib.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sərsura kəndində qeydə alınıb.

 

Belə ki,yanğın kənd sakini 1965-ci il təvəllüdlü Yunusov Ağa Həmid oğluna məxsus həyətyanı sahədə baş verib. Ümumi sahəsi 74 kvadratmetr olan 1 mərtəbəli tikilidə yerləşən 2 bitişik ev və tövlə yanaraq külə dönüb.

Yanğının başvermə səbəbi hələlik müəyyən olunmayıb. Hadisə yerinə İsmayıllı rayon Fövqəladə Hallar Nazirliyinin 2 texnikası və 17 nəfər canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb və ətrafdakı tikililərin alovdan mühafizəsi təmin olunub.Faktla bağlı araşdırma aparılr.

Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
bizim.media

2Mənbələr