Rusiyanın nəhəng qaz emalı zavodu VURULDU
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində “Novatek” şirkətinə məxsus qaz emalı kompleksində güclü yanğın başlayıb. Bildirilib ki, zərbə tam olaraq kompleksin texnoloji proseslərinin ürəyi hesab olunan qaz kondensatı üçün kriogen fraksiya bölməsinə dəyib. Bu müəssisənin nominal gücü ildə 6 milyon tondur. 