Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Qeyd edək ki, yanan obyekt Sədərək ərazisində yerləşsə də "Sədərək" ticarət mərkəzinə aid deyil. "Super Toys" uşaq oyuncaqları şirkətinin anbarıdır. "Super Toys" oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.