AZ

38 il boyunca ailənin nə olduğunu bilmədim... Xalq düşməni elan olunan qadın yazıçı

Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

24 avqust alban yazıçı, siyasi dissident Musine Kokalarinin anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyat və yaradıcılığı ilə bağlı diqqətçəkən faktları təqdim edir.

Musine Kokalari 10 fevral 1917-ci ildə Osmanlı imperiyasında - Adana şəhərində dünyaya göz açıb.

Əslən Ergiridən olan ailəsi ilə birlikdə hələ üç yaşında ikən Albaniyaya köçüb.

Ədəbiyyata olan marağı onu 1938-ci ildə Roma Sapienza Universitetinə aparıb.

Orada təhsil alıb, Osmanlı dövründə yaşamış və alban ədəbiyyatının banilərindən sayılan Naim Fraşəri haqqında doktorluq dissertasiyası yazıb və 1941-ci ildə məzun olub. Təhsilini tamamladıqdan sonra doğma vətəninə qayıdıb.

Albaniyaya döndükdən sonra xalq mədəniyyətindən ilhamlanıb və bu zəngin irsi hekayələrində yaşadıb.

Gənclik illərində yazdığı hekayələri kitab halında çap etdirib.

Bu kitab Albaniyada bir qadın yazıçı tərəfindən çap olunan ilk kitab kimi tarixə düşüb.

Daha sonra iki qısa hekayələr kitabı da işıq üzü görüb və Musine ədəbiyyatda imzasını təsdiqləyib.

Lakin həyatın axarı qəfil dəyişib. 17 yanvar 1946-cı ildə o, “xalq düşməni” kimi ittiham olunub və həbs edilib.

Həbsindən əvvəl Tiranadakı müttəfiq qüvvələrə məktub yazıb, azad seçkilər və ifadə azadlığı tələb edib.

Bu cəsarətli addımı ona iyirmi il həbs cəzası qazandırıb.

Mat vilayətində yerləşən Burrel həbsxanasında 18 il azadlığından məhrum edilib.

1961-ci ildə azadlığa buraxılıb, lakin bu azadlıq sadəcə adı ilə olub – çünki həyatının növbəti 19 ilini Mirdite vilayətinin Rreşen şəhərindəki konslagerdə məcburi əməyə cəlb edilib.

Ömrünün son illərində xərçəngə tutulub və buna görə Tiranada müalicə olunmaq imkanı qazanıb.

Musine Kokalari 24 avqust 1983-cü ildə dünyasını dəyişib və səssizcə bu həyatdan köçüb.

Ölümündən sonra Albaniya dövləti onun çəkdiyi iztirabları tanıyıb və onu “demokratiya şəhidi” elan edib.

Tiranadakı məktəblərdən birinə onun adı verilib.

Əsərləri uzun illər boyu qadağan olunub və ya məhv edilib, buna görə də günümüzə tam şəkildə gəlib çatmayıb.

Musine Kokalari – ədalət uğrunda susmayıb, azadlıq üçün mübarizə aparıb və sözün gücünə inanıb.

Əsərlərinin birində yazırdı: “Demokratik mədəniyyətlə tanış oldum, böyük inqilabi fırtınaların faciəsini yaşadım. Xüsusi bir sınaqdan keçdim. On altı il həbsdə, iyirmi iki il isə məhrumiyyət şəraitində, mübarizələrlə dolu illər keçirdim. Fərdi norma ilə fəhlə işini, həmçinin kənd təsərrüfatı və tikintidə kollektiv işdə çalışdım.

Seçdiyim tənhalığı, həbsdəki cəmiyyət imkanlarını və proletariat diktaturasını möhkəmləndirmək üçün dayanmadan davam edən bu "zəlzələ"dən sonra baş verən bütün dəyişiklikləri gördüm. Bəzən özümə deyirəm ki, sağ qalmaqla heç nə qazanmamışam. Otuz səkkiz il boyunca ailənin nə olduğunu bilmədim.”

"Agent 007" obrazı ilə kino sənayesini kökündən dəyişən yazıçı - Məşhur Ceyms Bondun yaradıcısı kim idi?

“Lovğalıq olmasın, deyəsən, mən də..." - Qədir Rüstəmov niyə Oğuza köçmüşdü?

"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
kulis.az

1Mənbələr