AZ

"Sədərək"dəki yanğında 2 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

"Sədərək" ticarət mərkəzi ərazisində baş verən yanğınla əlaqədar Təcili tibbi yardım briqadasına ümumilikdə 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Publika.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Seçilən
6
49
publika.az

10Mənbələr