AZ

Xaçmazda kanala düşən avtomobili su apardı; insanlar belə xilas edildi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Xaçmazda idarəetmədən çıxan avtomobil kanala aşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Xudat şəhəri ərazisində baş verib. 

Belə ki, hərəkətdə olan “Hundai” markalı 50-FG-288 nömrəli içərisində ailə olan avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb. 

Baş verən hadisə zamanı yoldan keçən vətəndaşların köməkliyi ilə ailə maşından xəsarət almadan çıxarılıb. Avtomobil isə kanalda bir neçə metr axaraq gedib. 

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
8
avtosfer.az

10Mənbələr