AZ

Xavi Simons “Çelsi”yə transfer olunur

ain.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Leipziq”in niderlandlı futbolçusu Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Çelsi” ilə 6 illik müqavilə imzalayacaq. London klubu bu transferlə gəncləşmə siyasətini davam etdirir.

Qeyd edək ki, Xavi Simons futbol karyerasına “Barselona” akademiyasında başlayıb. Daha sonra “PSJ” və “PSV” komandalarının heyətində çıxış edib. Son mövsümü icarə əsasında “Leyptsiq”də keçirən hollandiyalı futbolçu Bundesliqada 7 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Simons həmçinin Niderland millisinin əsas heyət üzvüdür və AVRO-2024-də komandasına kömək edən gənc futbolçulardan biri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
idmanxeber.az

2Mənbələr