AZ

Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB » AzadMedia.az


Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri polisə könüllü təslim olub.

“Report”un Cənub bürosunun məlumatına görə, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

09:53
Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib.

“Report”un Cənub bürosunun məlumatına görə hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Seçilən
61
11
azadmedia.az

10Mənbələr