AZ

Avtomobil yoluna günabaxan tumları yığan şəxs məsuliyyətə cəlb edildi

Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.

Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Seçilən
0
35
demokrat.az

10Mənbələr