AZ

Stres ürəyinizə ciddi zərər verə bilər

Gündəlik stress ürəyə davamlı zərbə vurur və ürək sağlamlığı üçün böyük təhlükə yaradır.

"Ölkə.az" xəbər verir ki, bunu kardioloq Yevgeni Kokin xəbərdarlıq edib.

O, sinir gərginliyinin ürək-damar sisteminə mənfi təsirini ətraflı izah edib.

Kokin deyir ki, stress zamanı ifraz olunan adrenalin və kortizol hormonları ürək döyüntüsünü sürətləndirir, damarları daraldır və qan təzyiqini kəskin şəkildə artırır. Bu isə hipertoniya riskini yüksəldir və nəticədə infarkt, insult kimi ağır fəsadlara səbəb ola bilər.

Həkim əlavə edir ki, stress ürək ritminin pozulmasına - aritmiyaya yol aça bilər. Aritmiyalar isə bəzən ürəyin dayanması kimi həyati təhlükəli vəziyyətlərlə nəticələnə bilər.

Eyni zamanda, xroniki stress damar divarlarında iltihabın artmasına səbəb olur, damarların zəifləməsinə və nəticədə ürək çatışmazlığının inkişafına şərait yaradır.

Kokin vurğulayır ki, stressin digər ciddi təsiri qan laxtalanmasının artmasıdır. Kortizol hormonunun yüksəlməsi qanın daha qalın və laxtalanmaya meylli olmasına gətirib çıxarır ki, bu da tromb əmələ gəlməsi riskini artırır.(Milli.Az)

Seçilən
0
4
olke.az

5Mənbələr