AZ

Fəttahlı Türkiyədə çempion oldu

22–24 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində “Marmara Kuboku” beynəlxalq karate turniri baş tutub.

"Unikal" xəbər verir ki, dünyanın 30-a yaxın ölkəsindən yüzlərlə idmançının iştirak etdiyi mötəbər yarışda Azərbaycanı uğurla təmsil edən yeniyetmə karateçimiz Seyidəli Fəttahlı böyük nailiyyət qazanıb.

14–15 yaşlı idmançıların mübarizə apardığı -52 kq çəki dərəcəsində qüvvəsini sınayan Seyidəli turnir ərzində 6 döyüş keçirib və bütün rəqiblərinə qalib gələrək, qızıl medalın sahibi olub. O, final görüşündə də üstünlüyünü qoruyaraq, kürsünün ən yüksək pilləsinə qalxıb və beynəlxalq turnirin çempionu adına layiq görülüb.

Seyidəlinin uğurunda payı olan məşqçilər dünya və Avropa çempionları Niyazi, Əbülfət və Murad müəllim olub. Onların dəstəyi və təcrübəsi gənc karateçinin bu uğurunda mühüm rol oynayıb.

“Marmara Kuboku” hər il müxtəlif ölkələrdən idmançıları bir araya gətirərək, həm dostluq, həm də idman baxımından əhəmiyyətli tədbir hesab olunur. Bu il də yarış yüksək səviyyədə təşkil olunub və gərgin mübarizələrə səhnə olub.

Azərbaycan idmançısının belə nüfuzlu beynəlxalq yarışda birincilik qazanması ölkəmizdə karate idman növünün inkişafının bariz göstəricisidir.

Seçilən
4
unikal.az

1Mənbələr