AZ

İsrail Ordusu Sənaya hava zərbələri endirib

İsrail Ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

APA-nın xəbərinə görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Sənada partlayışlar baş verib.

“Maariv” agentliyi isə Hodeyda və Sənada partlayışların olduğu barədə məlumat yayıb.

Bu arada “The Times of Israel” Israil Ordusuna istinadən avqustun 25-də Yəməndəki husi qruplaşmasının ilk dəfə İsrailə kaset bombaların olduğu ballistik raketlə zərbə endirdiyi barədə məlumat yayıb. Raket Cinaton şəhərində evə düşüb və dağıntıya yol açıb.

Seçilən
52
11
apa.az

10Mənbələr