Azərbaycan yığmasının və "Eqnatiya" (Albaniya) klubunun üzvü Zamiq Əliyev Belçika çempionatında çıxış edə bilər.
Referans xəbər verir ki, onunla "Dender" klubu maraqlanır. Onlar qış "transfer pəncərəsində" rəsmən 24 yaşlı müdafiəçi üçün Albaniya klubuna təklif verəcəklər.
Qeyd edək ki, ötən mövsümün ortalarında Belçikanın “Eypen” klubu da Zamiqi heyətinə cəlb etmək istəsə də, viza məsələsinə görə transfer baş tutmayıb.