İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Bildirilib ki, XİN başçısı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak etmək üçün diplomatik nümayəndə heyətinə rəhbərlik edir.