Referans oxu24.cok - a istinadən hüquqi yardım layihəsində bu dəfə fahişəliklə məşğul olan şəxsin cərimə olunması ilə bağlı hüquqi məlumatları sizə təqdim edir:
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə görə,fahişəliklə məşğul olan şəxs inzibati qaydada məbləğində cərimə olunur.
Qeyd olunan cərimə protokol şəklində tərtib edilir və şəxs tərəfindən bank,poçt və digər ödəniş üsulları vasitəsi ilə ödənilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1. maddəsinə əsasən İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
144-1.2.4-1. insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə;
144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;
144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;
144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə -
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli 958-IIQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyinin yaradılıb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. Baş İdarə birbaşa İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora tabedir.