Misli Premyer Liqasında mövsümün ən erkən qolu vurulub.
Fanat.Az xəbər verir ki, bu qol 2-ci tur çərçivəsində hazırda ilk hissəsi oynanılan "Şamaxı" - "Sabah" matçında qeydə alınıb.
Qonaqlar meydan sahiblərini matçın 39-cu saniyəsində məyus ediblər. Rəhman Daşdəmirovun ötürməsini Coy Lens Mikels inamla tamamlayıb.
Nihat