AZ

İsrail Yəməni VURDU

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Bu gün İsrail Ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

Modern.az-ın xəbərinə görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Sənada partlayışlar baş verib.

Yəməndə husilərə bağlı media qurumları İsrailin Sənaya hava hücumunda neft anbarını hədəfə aldığını açıqlayıb.

“Maariv” agentliyi isə Hodeyda və Sənada partlayışların olduğu barədə məlumat yayıb.

Bu arada “The Times of Israel” Israil Ordusuna istinadən avqustun 25-də Yəməndəki husi qruplaşmasının ilk dəfə İsrailə kaset bomba başlıqlı ballistik raketlə zərbə endirdiyi barədə məlumat yayıb. Raket Cinaton şəhərində evə düşüb və dağıntıya yol açıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
11
modern.az

10Mənbələr