BAKI,TurkicWorld, Səməd Əyyubov
İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya zərbələr endirib.
TurkicWorld xəbər verir ki, İsrailin 12-ci kanalı bu hava hücumlarının Yəmən ərazisindən raket və pilotsuz uçuş aparatlarının (PUA) atılmasına cavab olaraq həyata keçirildiyini bildirib.
Qeyd edək ki, iyulun 27-də “Ənsar Allah” hərəkatı (husilər) Qəzza zolağına dəstək olaraq İsrail limanları ilə əlaqəsi olan, milliyyətindən asılı olmayaraq bütün gəmiləri hədəf alacağını və İsrailə qarşı dəniz əməliyyatlarını artıracağını bəyan etmişdi.