AZ

Zelenski: Azərbaycanla strateji tərəfdaşlığın inkişafını səbirsizliklə gözləyirik

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.

Operativ Media xəbər verir ki, Zelenski “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Azərbaycan və Ukrayna hər zaman bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib:

“Prezident İlham Əliyevin Ukraynanın Müstəqillik Günündə göstərdiyi hörmət və dəstəyə görə minnətdaram. Dost Azərbaycan humanitar və digər sahələrdə bizə yardım göstərib. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”.

Ukrayna lideri sonda Azərbaycana dost münasibətinə görə təşəkkürünü ifadə edib.

Seçilən
8
operativmedia.az

1Mənbələr