AZ

KİV: ABŞ-nin xüsusi nümayəndəsi İsraildə Netanyahu ilə görüşüb

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak İsrailə səfər edib və orada Baş nazir Benyamin Netanyahu ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid bildirib.

Səfərdə məqsəd ABŞ Prezidenti Donald Trampın İsraildən Livana zərbələri məhdudlaşdırmaq tələbini, həmçinin Suriya ilə danışıqlar məsələsini müzakirə etməkdir.

Ravid əlavə edib ki, səfir İsrailin strateji planlaşdırma naziri Ron Dermer, xarici işlər naziri Gideon Saar və müdafiə naziri İsrael Katz ilə də görüşüb.

Seçilən
19
6
report.az

10Mənbələr