AZ

Gürcüstanın Tuşeti bölgəsində yanğının söndürülməsinə helikopter cəlb olunub

Tbilisi, 24 avqust, AZƏRTAC

Gürcüstanın Tuşeti bölgəsindəki Tsovota dərəsində yanğının miqyası böyüyür. Yanğının söndürülməsi işlərinə Gürcüstan Sərhəd Polisinin helikopteri cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Bildirilir ki, yanğın ərazisi ağır texnikanın hərəkəti üçün əlverişsiz olduğundan, Sərhəd Polisinin helikopterindən istifadəyə ehtiyac yaranıb.

Hazırda bütün zəruri xüsusi texnika cəlb edilməklə aktiv yanğınsöndürmə işləri aparılır.

Yanğının qəsəbəyə keçməsi təhlükəsi yoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
6
5
azertag.az

6Mənbələr