Qozun sağlamlığa faydaları onsuz da çoxdur, lakin alimlər onun üç yeni müsbət təsirini aşkar ediblər.
E-saglam.az xəbər verir ki, Avstraliya Universitetində aparılan və “Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, qoz stressi azaldır, zehni tarazlığı gücləndirir və yuxu keyfiyyətini yaxşılaşdırır.
Mütəxəssislər bu təsirlərin qozun bağırsaq mikroflorasına müsbət təsiri ilə bağlı olduğunu bildirirlər. Bağırsaq sağlamlığının psixoloji vəziyyətlə sıx əlaqəli olduğu məlumdur. Qozun tərkibindəki qidalar isə bu tarazlığı qoruyaraq stressi azaldır.
Tədqiqat 16 həftə davam edib. 80 tələbə iki qrupa bölünüb: birinci qrup hər gün müəyyən miqdarda qoz yeyib, ikinci qrup isə adi qidalanmasını davam etdirib. Nəticədə, qoz yeyənlərin əhval-ruhiyyəsi və yuxu keyfiyyəti yaxşılaşıb.
Qoz yeməyənlər isə, xüsusilə imtahan dövründə, stress və depressiya səviyyəsində ciddi artım yaşayıblar.
Tərcümə: Könül Oruc
E-saglam.az