“Sənət üçün doğulan insanlar dəyər yaradır, onu qoruyur və nəsildən-nəsilə ötürürlər. Necə ki, orta məktəbdə fizika müəllimi elmin sirlərini yeni nəslə aşılayır, fizika alimi isə özü bir dəyər yaradır. Bu baxımdan Zülfüqar Hüseynzadənin həyat yoluna nəzər salanda bir daha əmin olursan: o, sənət üçün doğulanlardan idi”.
Bu fikirləri mərhum jurnalist Zülfüqar Hüseynzadənin doğum günü ilə bağlı keçirilən tədbirdə professor Şahlar Əsgərov səsləndirib:
"Zülfüqar Hüseynzadənin həyat yoluna nəzər salanda bir daha əmin olursan: o, sənət üçün doğulanlardan idi. Tarixə boylananda görürük ki, Həsən bəy Zərdabi öz dövründə “Əkinçi” qəzetini yaratdı, müasir dönəmdə Rəşad Məcid “525-ci qəzet”i ictimaiyyətə təqdim etdi. Zülfüqar Hüseynzadə isə “Moderator.az”ı yaratdı.
Bu səbəbdən də “Moderator.az” sadəcə bir xəbər saytı deyil, bir dəyərdir. Çünki burada hər zaman sözün, fikir və düşüncənin üstünlüyü qorunub.
Onun yaradıcısı Zülfüqar bəy bu dünyadan köçsə də, ruhu, amal və ideyaları yaşayır. Necə ki, “Əkinçi” unudulmadı, “525-ci qəzet” varlığını davam etdirir, eləcə də “Moderator.az” öz missiyası ilə yaşayacaq."