AZ

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu

BAKI, 24 avqust. TELEQRAF

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Teleqrafa DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
2
41
teleqraf.com

10Mənbələr