Türkiyə millisinin hücumçusu Barış Alper Yılmazın transfer söz-söhbətləri davam edir.
Fanat.Az xəbər verir ki, türkiyəli jurnalist Kaya Çilingiroğlu Barış Alper Yılmaz barədə diqqətçəkən açıqlama verib:
“Barış Alper Yılmaza ‘etməməliydi’ deyənlərin hamısı, onun alacağı pulun yalnız %1-i üçün Fənərbağça"lı olar.”
Məlumatlara görə, Barış Alper Yılmaza təklif olunan illik maaş 10 milyon avrodur. Bu məbləğin %1-i isə 100 min avroya bərabərdir. Çilingiroğlu bu müqayisə ilə futbolçunun aldığı qərarın maddi tərəfinə diqqət çəkib.
Sual olaraq isə belə bir mövzu gündəmə gətirilib: “Yalnız 100 min avro üçün tutduğunuz komandadan imtina edib başqa bir komandaya keçərdinizmi?”
Kamil Xudiyev