AZ

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

 

A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix: 24 Avqust 2025, 18:40   
Seçilən
9
41
pravda.az

10Mənbələr