"Əgər insan öz köklərini xatırlamırsa, uşaqlıq və yeniyetməlik illərinin nostalji xatirələri yoxdursa, belə bir insan çətin ki, insanlığın və onun dəyərlərinin nə olduğunu təsəvvür edə bilsin". Bunu işğalçı Rusiyanın şovinist xislətli xarici işlər naziri Sergey Lavrov deyib .
Moderator.az xəbər verir ki, o, "NBC" telekanalına müsahibəsində Alyaska sammitinə "SSRİ" yazısı olan sviteri ilə gəlməsini şərh edərkən deyib: "SSRİ-yə gəlincə. Köklərinizi xatırlamırsınızsa, uşaqlıq, yeniyetməlik, ilk məhəbbət, dostlar haqqında nostalji xatirələriniz yoxdursa, o zaman insanlığı və insani dəyərləri demək olar ki, təmsil edə bilməzsiniz".
Lavrov onu da qeyd edib ki, onun belə sviterdə görünməsi Rusiyanın SSRİ-ni bərpa etmək istəyinin siqnalı deyil.
"Biz Sovet İttifaqında doğulmuşuq. Rusiya prezidenti Vladimir Putin dəfələrlə deyib ki, SSRİ-nin dağılmasına peşman olmayanın ürəyi yoxdur. Amma onu bərpa etmək istəyənin beyni yoxdur. Bu, tamamilə düzgün ifadədir", - Lavrov əlavə edib.