BAKI, 24 avqust. TELEQRAF
Azərbaycanda Premyer Liqasında II turun növbəti oyunu keçirilib.
Teleqraf xəbər verir ki, “Şamaxı” doğma meydan “Sabah” komandasını qəbul edib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda qonaqlar 2:1 hesablı qələbə qazanıb.
“Şirlər”dən Dioqo Banau (58-ci dəqiqədə), “bayquşlar”dan isə Coy-Lens Mikels (1, 76) fərqlənib.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 3 xalla 3-cü, Ayxan Abbasovun komandası isə 1 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər oyunu “Turan Tovuz” və “Araz-Naxçıvan” klubları arasında təşkil olunacaq.