Misli Premyer Liqasının 2-ci turunda “Şamaxı” “Sabah”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 1-ci dəqiqəsində Coy-Lens Mikels hesabı açıb. 59-cu dəqiqədə Dioqo Balau hesabı bərabərləşdirsə də 76-cı dəqiqədə Coy-Lens Mikels yenidən komandasını hesabda önə çıxarıb - 1-2.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
2-ci tur
24 avqust (bazar)
17:00. “Şamaxı” 1-2 “Sabah”
Qollar: Coy-Lens Mikels, 1 (0-1), Dioqo Balau, 59 (1-1), Coy-Lens Mikels, 76 (1-2)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”