ABŞ İraqdakı Ayn əl-Əsəd və Viktoriya bazalarından qoşunlarını "qəfildən" çıxarmaq və bu ölkədən qüvvələrin çıxarılmasını sürətləndirmək qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "Sky News Arabia" mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Amerika qoşunları öz şəxsi heyətini Ərbildəki hərbi bazaya və qonşu ərəb ölkəsinə köçürməyə başlayır.
"Amerikalılar iraqlı həmkarlarına qoşunların çıxarılması prosesini sürətləndirəcəklərini və iki ölkə arasında çərçivə sazişində göstərilən cədvələ əməl etməyəcəklərini bildiriblər", - telekanalın mənbəsi bildirib.
2024-cü ilin sentyabrında ABŞ İraqdakı beynəlxalq missiyasının başa çatdığını və qoşunların çıxarılmasını elan edib.
İyun ayında “The New York Times” ABŞ təhlükəsizlik və kəşfiyyat cəmiyyətindəki mənbələrə istinadla yazıb ki, İranın dəstəklədiyi silahlı qruplar ABŞ-ın İraqdakı və potensial olaraq Suriyadakı hərbi bazalarına hücum etməyi planlaşdırır .