AZ

Ailənin maddi imkanı yeniyetmələrdə qidalanma pozuntularına necə təsir edir?


Qidalanma davranışı pozuntuları – məsələn, bulimiya, anoreksiya və kompulsiv artıq yemə bu vaxta qədər daha çox imkanlı ailələrdə böyüyən yeniyetmələrlə əlaqələndirilirdi. Lakin Böyük Britaniyada aparılmış yeni bir tədqiqat bu stereotipi təkzib edir və göstərir ki, maliyyə çətinlikləri şəraitində böyüyən uşaqlarda belə pozuntuların yaranma riski daha yüksəkdir.
Yeniavaz.com
xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc olunmuş araşdırmaya 7 min 824 uşaq cəlb edilib və onlara doğulduqları gündən 18 yaşınadək nəzarət olunub.
Alimlər valideynlərin maliyyə vəziyyətini qiymətləndirərkən əsas ehtiyacları (yemək, geyim, mənzil) qarşılama imkanlarını, onların təhsil səviyyəsini və gəlirlərini nəzərə alıblar.
Nəticələr göstərib ki, maliyyə çətinlikləri yaşayan valideynlərin uşaqlarında qidalanma davranışı pozuntularının simptomlarının ortaya çıxma ehtimalı hər əlavə çətinlik balına görə 6% artır.
Bundan əlavə, aşağı təhsil və gəlir səviyyəsinə malik valideynlərin övladlarında belə pozuntuların yaranma riski yüksək gəlirli ailələrin uşaqları ilə müqayisədə 34–35% daha çox olub.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr