"Mançester Yunayted" "Antverpen"in qapıçısı Senne Lammenslə razılaşıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
23 yaşlı futbolçu artıq İngiltərə klubun təklifinə razılıq verib. Hazırda klublar arasında danışıqlar gedir.
Bildirilir ki, tərəflər transfer məbləğini müəyyən etməyə yaxındır.
Qeyd edək ki, Senne Lammensin "Antverpen"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.