AZ

Vens: Ukraynada münaqişənin altı aya həll olunacağına ümid edirik

BAKI, 24 avqust. TELEQRAF

Ukraynada münaqişənin altı ay ərzində həll olunacağına ümid edirəm.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens “NBC News” telekanalına müsahibəsində bildirib.

"Bizim qan tökülməsini dayandırmaq üçün fəal diplomatiya ilə məşğul olan prezidentimiz var. Belə də olmalıdır. Düşünürəm ki, amerikalılar bununla qürur duymalıdırlar. Nəticə necə olursa olsun - müharibə üç və ya altı ay ərzində bitəcək. Ümid edirəm ki, daha uzun çəkməyəcək. Biz qan tökülməsini dayandırmağa çalışan prezidentimizlə qürur duymalıyıq", - o deyib.

Seçilən
13
teleqraf.com

1Mənbələr