Barış Alper Yılmazın "Qalatasaray"dan ayrılığı yekunlaşmaq üzrədir.
Fanat.az xəbər verir ki, klub bu transfer üçün NEOM klubundan müəyyən şərtlər tələb edib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbul təmsilçisi oyunçunun transferində aşağıdakı maddələri irəli sürüb:
50 milyon avro dəyərində transfer haqqı tələb olunub.
Məbləğin yarısı dərhal ödənməlidir.
Qalan hissə üçün banka təminatı veriləcək və maksimum 6 ay ərzində ödəniş ediləcək.
"Keçiörengücü"nə çatacaq 20%-lik pay NEOM tərəfindən qarşılanacaq.
“Qalatasaray” futbolçunun növbəti satışından 20% pay alacaq.
Barış Alper, növbəti 4 il ərzində Türkiyədə yalnız “Galatasaray” formasını geyinə biləcək və başqa bir yerli kluba transfer olmayacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu bu şərtlərdən sonra Türkiyə çempionundan düşünmək üçün qısa bir vaxt tələb edib.
Kamil Xudiyev