Misli Premyer Liqasının 2-ci turunda səfərdə "Şamaxı"nı məğlub edən (2:1) "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis belə danışıb:
"Bu, mənim ilk Azərbaycan Premyer Liqasında ilk oyunum idi. "Şamaxı" çox təhlükəli rəqibdir. İstənilən çempionat iştirakçısı bu komanda ilə görüşdə çətinlik çəkəcək. Bildiyim qədəri ilə uzun müddət idi ki, burada qalib gələ bilmirdik. Qarşılaşma bizim üçün çətin alındı. Hesabı erkən qolla açsaq da, rəqib möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Lakin futbolçularımızın göstərdiyi reaksiya xoşuma gəldi. Şadam ki, qələbə qazandıq. Özünəinam çox önəmli amildir. Sabah yenə məşq edəcək, növbəti matça hazırlaşacağıq.
Əlbəttə, Avropa oyunlarından sonra daxili çempionata köklənmək asan olmur. Belə məqamlarda intizam məsələsi ön plana çıxır. Təbii, Azərbaycan çempionatının eksperti deyiləm. Amma izlədiyim oyunlara əsasən onu deyə bilərəm ki, hamı yüksək motivasiya ilə mübarizə aparır.
Coy Lens Mikels və İqor Noqeyra niyə mübahisə edirdilər? Əlbəttə, belə şeylər olmasa, yaxşıdır. Amma dəqiq səbəbini hələ bilmirəm. Yəqin ki, daha yaxşı mübarizə aparmalı olduqları ilə bağlı bir-birlərinə iradlarını bildiriblər. Əsas odur ki, oyundan sonra orada baş verənləri unydublar".
Nihat