AZ

Zelenski: Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm

Mən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm.

 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski X-da paylaşımında bildirib.

 

“Möhtərəm Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz dost Azərbaycana humanitar və digər yardımlara görə çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

 

Volodimir Zelenski Azərbaycan Prezidentinin Ukraynanın Müstəqillik Günü ilə bağlı təbrikini də paylaşıb.

Tarix: 24 Avqust 2025, 19:44   
Seçilən
33
12
pravda.az

10Mənbələr