AZ

Plan uğursuz oldu, Google planşet istehsalından imtina etdi

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"Google" şirkəti yeni planşetlərin istehsalını dayandırdığını rəsmi şəkildə təsdiqləyib. 

Qaynarinfo-nun "Bloomberg"ə istinadla verdiyi məlumata görə, 2023-cü ildə təqdim edilən "Pixel Tablet"dən sonra şirkət bu kateqoriyada yeni model təqdim etməyib.

Şirkət bildirib ki, hazırda planşetlər üçün əhəmiyyətli gələcək görmür və bu cihazlara yeni konsept tapılmayınca istehsal davam etdirilməyəcək. "Bloomberg" məlumatına görə, yaxın perspektivdə istifadəçilərin smartfondan xeyli böyük cihazı üzərlərində daşıması real görünmür.

Bundan əvvəl "Google"un ən azı iki yeni nəsil planşet buraxmaq planının olduğu barədə məlumatlar yayılmışdı, lakin sonradan bu layihələr ləğv edilib.

"GSMArena" redaksiyası hesab edir ki, şirkətin belə mövqeyi qəribədir, çünki "Apple" hər il milyonlarla "iPad" satır. Mütəxəssislərin fikrincə, planşetlər əsasən ev şəraitində kontent izləmək, iş və yaradıcılıq üçün geniş istifadə olunur. Nəşr qeyd edir ki, "Google" planşetlər üçün proqram təminatını uğurla uyğunlaşdıra bilməyib və rəqabətdə geri qalıb, lakin bunu açıq şəkildə etiraf etmək istəmir.

"GSMArena"nın yazdığına görə, "Google" bu bazardan çəkilsə də, rəqibləri planşet modellərinin inkişafını fəal şəkildə davam etdirir.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
qaynarinfo.az

1Mənbələr