AZ

“Sədərək”dəki yanğında 12 nəfər tüstüdən zəhərlənib

Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib. Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

AzVision.az

Seçilən
45
49
azvision.az

10Mənbələr